Sabah bu iki rayonda qaz kəsiləcək – XƏBƏRDARLIQ!

Sabah Bakının bəzi ərazilərində qazın verişilində fasilə yaranacaq.

Jan 7, 2026 - 19:53
Sabah bu iki rayonda qaz kəsiləcək – XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi, Nizami rayonunda isə yeraltı orta təzyiqli xətdə sızmanın ləğv olunması məqsədi ilə yanvarın 8-i saat 10:00-dan bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.