Məşhur aparıcı çalışdığı kanaldan qovuldu - FOTO
Türkiyənin məşhur aparıcısı, jurnalist İsmail Küçükkaya “TV100” kanalından qovulub.
SAVASHMEDİA.az xəbər verir ki, “Halk TV”dən ayrılan İ.Küçükkaya 11 gün öncə “TV100” kanalında işə başlayıb. O, gündüz efirində “Yenigün” verilişini aparıcısı olub.
İ.Küçükkayanın qovulduğunu qatıldığı proqramda iqtidaryönlü jurnalist Rasim Ozan Kütahyalı açıqlayıb.
Kütahyalı bildirib ki, Küçükkayanın işdən çıxarıldığından xəbəri olmayıb:
“”TV100”ün İsmail Küçükkaya ilə yolları ayırdığı xəbərini mediada ilk mən yaymışam. Bu məlumatı bir dostum vasitəsilə əldə etmişdim. Bilən kimi İsmailə zəng etdim. O da ilk məndən eşitdi, təəccübləndi. “Sənə zəng edəcəyəm deyib” sağollaşdı”.
Qeyd edək ki, müxalifyönlü jurnalist 9 il (2013-2022) “FOX TV”də (indiki NOW ) çalışıb. “Çalar Saat” proqramının aparıcısı olub. 2022-ci ildə “FOX”dan ayrılaraq “Halk TV”yə keçib. İ. Küçükkaya bu ilin sentyabrına qədər həmin kanalda çalışıb.
Banu
Fotoda İsmail Küçükkaya