Məşhur musiqiçi sendviçdən zəhərlənib öldü - FOTO

İtaliyalı musiqiçi Luigi Di Sarno zəhərlənərək ölüb.

Aug 11, 2025 - 22:32
Məşhur musiqiçi sendviçdən zəhərlənib öldü - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, 52 yaşlı Sarno küçə satıcısından brokoli sendviçi alıb yeyib.

Bir müddət sonra halı pisləşib və təcili xəstəxanaya aparılıb. Müdaxilələrə baxmayaraq, məşhur musiqiçinin həyatını qurtarmaq mümkün olmayıb.

Məlumata görə, musiqiçidən başqa daha 9 nəfər həmin küçə satıcısının satdığı sendviçlərdən zəhərlənib.

Zəhərlənməyə səbəb kimi klostridium botulinum bakteriyasının yaratdığı toksinlər göstərilib.

Banu

Fotoda:  Luigi Di Sarno