Məşhur tiktoker canlı yayımda öldürüldü - FOTO+VİDEO
Məşhur tiktoker canlı yayımda öldürülüb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə Meksikada baş verib.
23 yaşlı Valeria Markes “TikTok” sosial media platformasında makiyaj videoları ilə məşhurlaşıb.
Gözəllik solonunda işləyən tiktoker qətlə yetirildiyi gün də canlı yayım açıbmış. Qətldən saniyələr öncə bir nəfər Valeriaya arxadan kiminsə gəldiyi ilə bağlı xəbərdarlıq edib. Çox keçmədən Valeriaya hücum edilib.
O həyatını itirib. Həmin anlarda canlı yayım davam edib. Bir müddət sonra canlı yayım dayandırılıb.
Qeyd edək ki, Valeria Markesin “TikTok”da 200 min izləyicisi var.
Banu
Fotoda Valeria