Məşhur türk aktrisanın məşqçisi ilə VİDEOSU YAYILDI – Ərindən ŞOK REAKSİYA 

Aktyor Yağmur Atacan aktrisa həyat yoldaşı Pınar Altuğun yoqa müəllimi ilə yayılan görüntülərindən danışıb.

Sep 9, 2025 - 22:17
Məşhur türk aktrisanın məşqçisi ilə VİDEOSU YAYILDI – Ərindən ŞOK REAKSİYA 

SAVASHMEDİA.az xəbər verir ki, o həyat yoldaşını qınayanları sərt tənqid edib.

Atacan bildirib ki, qınayanlar həyat yoldaşına paxıllıq edənlərdir:

“Pınarın yaşı 50-dən çoxdur, ancaq yaşını heç göstərmir. Onu tənqid edənlər qısqanclıqdan edirlər. Orada idmanla məşğul olurlar. Müasir olmaq lazımdır, dar düşüncəli olmayın”.

Bir neçə həftə əvvəl Pınar Altuğ yoqa müəllimi ilə məşq videosunu paylaşıb. Videoya çoxsaylı rəylər yazılıb. İzləyicilərin bəziləri aktrisanı qınayaraq bu halın evli bir qadına yaraşmadığını bildiriblər. Bəziləri isə “Yağmur bəy heç mi qısqanmır?”, “Yəqin, Yağmur bəyin məzhəbi genişdir” kimi rəylər yazıblar.

Qeyd edək ki, Pınar Altuğ 2008-ci ildə özündən 9 yaş kiçik Yağmur Atacanla ailə qurub. Cütlüyün Su adlı qızları doğulub. Pınar Altuğ uzun illər “Çocuklar Duymasın” serialında “Meltem” obrazını, Yağmur Atacan isə “Doktorlar” serialında “Hasan” obrazını canlandırıb. Onlar “İlk Aşkım” adlı seriala çəkilərkən tanış olublar.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Cadde Milliyet (@caddemilliyet)

Fotoda: Yağmur Atacan, Pınar Altuğ və qızları Su