Məşhur yazıçı cinsi zorakılıqda ittiham edildi

Ən azı səkkiz qadın britaniyalı fantastika yazıçısı Nil Qeymanı seksual zorakılıqda ittiham edib. 

Jan 14, 2025 - 13:36
Məşhur yazıçı cinsi zorakılıqda ittiham edildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “New York Magazine” jurnalında dərc olunmuş “Təhlükəsiz söz yoxdur” başlıqlı məqalədə deyilir.

Məqalənin müəllifi L.Şapiro yazıçıya qarşı cinsi zorlama, seksual xarakterli yaxınlığa  məcbur etmək  ittihamlarını irəli sürən səkkiz qadınla danışıb. Onların arasında yazışının ikinci arvadı Amanda Palmer və Qeymanın evində dayə işləmiş Skarlet Pavloviç də olub. Bundan başqa məqalə müəllifi qadınların dostlarının gündəlik qeydlərini, mesajlarını və elektron məktublarını, habelə Qeyman və polislə yazışmalarını araşdırıb.

Müəllif nəzərə çatdırıb ki, Qeymanla tanış olarkən qasdınların əksəriyyətinin 20-dən yuxarı yaşı olub. Ən kişiyinin isə 18 yaşı varmış. Onların ikisi yazışıya işləyiblər, beşi isə pərəstişkarı olub. Две из них работали на него, пятеро были его поклонницами. Biri istisna olmaqla, bütün hallarda Qeymanın yaşı 40-dan yuxarı idi və o, qadın hüquqlarının açıq müdafiəçisi kimi tanınırdı.

“Hərçənd onun kitablarında kişilərin qadınlara işgəncə verməsi, zorlaması və öldürməsi ilə bağlı çoxlu hekayələr olsa da, bu, əsasən onun canının yanmasının ifadəsi kimi qəbul edilirdi”, - deyə Şapiro vurğulayıb.

Qeyman öz nümayəndələri vasitəsilə bildirib ki, bütün bu görüşlər könüllü olub.

Xatırladaq ki, Nil Qeyman tanınmış Britaniya fantast yazıçısıdır. O, təxminən 50 kitabın, eləcə də “Sandman” komiksinin müəllifidir. Onun əsərləri 50 milyon nüsxə tirajla bütün dünyaya yayılıb. 

63 yaşlı yazıçı ilk dəfə seksual zorakılıqda 2024-cü ilin yayında ittiham edilib. 

Xatirə SADİQ