Bakı metrosunda 25 dəqiqəlik fasilə yarandı - "Tüstülənmə olub"

Oct 19, 2024 - 10:46
Oct 19, 2024 - 10:57
Bakı metrosunda 25 dəqiqəlik fasilə yarandı - "Tüstülənmə olub"

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. 

SAVASHMEDİA.az-ın xəbərinə görə, “Dərnəgül” – “Həzi Azlanov” xətti ilə hərəkət etməli olan qatar 25 dəqiqədən artıq “Elmlər Akademiyası” stansiyasında gözləyiib.

Uzun fasilədən sonra qatarın hərəkəti bərpa olunub. 

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən bildirilib ki, "Nizami" - "28 May" tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib, dərhal dispetçer mərkəzinə məlumat verib.

Məlumatda bildirilir ki, Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik xətdən ayrılıb, FHN-in aidiyyəti qurumuna məlumat verilib:

"Nizami" stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb: "Qatarların hərəkəti 25 dəqiqədən sonra bərpa olunub".