Ukraynaya 757 hərbçinin meyiti təhvil verildi

Repatriasiya tədbirləri nəticələrinə həlak olan 757 vətən müdafiəçisinin cəsədi Ukraynaya qaytarılıb.

Jan 24, 2025 - 12:39
Ukraynaya 757 hərbçinin meyiti təhvil verildi

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə müharibə əsirləri ilə bağlı müraciət məsələləri üzrə Koordinasiya Qərargahından bildirilib.

Məlumata görə, “qalxan üzərində” vətən müdafiəçilərinin arasında 451 cəsəd Donetsk 71 cəsəd Baxmut, 51 cəsəd Uqledar, 13 cəsəd Luqansk, 137 cəsəd Zaporojye istiqamətlərindən, 34 cəsəd isə Rusiya ərazisindəki morqlardan Ukraynaya qaytarılıb. 

Hazırda hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə həlak olanların şəxsiyyətini ən qısa zamanda müəyyən etməyə çalışırlar.

Xatirə SADİQ