İddialarla qara qutuların məzmunu arasında böyük fərq var – Kanat Bozumbayevdən rus təbliğatına zərbə

“Azərbaycan Hava Yolları” QSC-nin Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin ekipaj üzvləri arasında internetdə yayımlanan danışıqlarının stenoqramı “qara qutular”da olan məlumatlardan fərqlənir. 

Jan 24, 2025 - 13:11
Jan 24, 2025 - 13:31
İddialarla qara qutuların məzmunu arasında böyük fərq var – Kanat Bozumbayevdən rus təbliğatına zərbə

SAVASHMEDİA.az “Azadlıq Radiosu”na istinadən xəbəbr verir ki, bunu Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev deyib.

“Kiminsə internetdə nəsə dərc etməsi o demək deyil ki, bu, həqiqətdir. Yayılan iddiarla qara qutuların məzmununu arasında böyük fərq var. Rəsmi mənbələri gözləyin”, - deyə Bozumbayev diqqətə çatdırıb. 

Baş nazirin müavininin sözlərinə görə, sızan məlumatlar, mümkündür ki, uçuş zamanı bortda qeydə alınan söhbətləri deyil, yerüstü xidmətlərdən olan yazıları əks etdirə bilər. 

Bozumbayev deyib ki, “qara qutular”da kapitan, pilot və ekipaj üzvləri tərəfindən aparılan bütün danışıqlar var: “Onlar bir qədər çoxdur”.

O, əlavə edib ki, istintaq materiallarının nüsxələri təhlil üçün Azərbaycana və Rusiyaya ötürülüb. 

Xatırladaq ki, bir müddən öncə Rusiya mediası və teleqram kanalları ekipaj üzvlərinin dispetçerlərlə danışıqlarının stenoqramını yaymış və iddia etmişdilər ki, təyyarənin quş sürüsü ilə toqquşması təsdiqlənir. 

Xatirə SADİQ