Səfərov qardaşlarının meyiti qohumlarına verildi
Rusiya təhlükəsizlik qüvvələri tərəfindən xüsusi amansızlıqla Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Dojd” telekanalı məlumat yayıb.
Qardaşların meyitləri Yekaterinburq Məhkəmə-Tibbi Ekspertiza Bürosunun morqunda olub. Meyitlərin Bakı vaxtı ilə saat 20:30-da Azərbaycana gətiriləcəyi gözlənilir.
Azərbaycanda meyitlərin ikinci ekspertizası aparılacaq. Bu barədə APA-ya Ziyəddin və Hüseyn Səfərovun qardaşı “525-ci” qəzetinin baş redaktor müavini, Seyfəddin Hüseynli məlumat verib.
Onun sözlərinə görə, qardaşları Ağcabədi rayionundan valideynlərinin yanında dəfn olunacaqıar.
Xatirə SADİQ