Şair Vüqar Əhməd saxlanıldı? - AÇIQLAMA
Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, o səhər saatlarında işə gedərkən saxlanılıb.
Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.
V.Əhmədin saxlanılması ilə bağlı xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.
"Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq".
***
Məsələ ilə bağlı Vüqar Əhməd açıqlama verib:
“Yalan məlumatdır. Heç bir qurum tərəfindən saxlanılmamışam. Bu gün xəstə olmuşam, telefonu aça bilməmişəm”.