Millət vəkillərindən "Qarabağ"ın bugünkü oyunu ilə bağlı proqnoz

"Qarabağ" bu gün Çempionlar Liqasının Liqa mərhələsində Bilbao "Atletik"i ilə qarşılaşacaq.

Oct 22, 2025 - 17:39
Millət vəkillərindən "Qarabağ"ın bugünkü oyunu ilə bağlı proqnoz

SAVASHMEDİA.az-ın xəbərinə görə, Milli Məclisin deputatları ilə bu dəfə siyasətdən yox, futboldan danışıb və qarşıdakı oyunla bağlı proqnozlarını səsləndiriblər.

Onların fikirlərini təqdim edirik: 

Aqil Abbas: "Atletik" - "Qarabağ" 1:2 (qol: Kadi, Zubir)

Elşad Musayev: "Atletik" - "Qarabağ" 1:2

Vüqar İsgəndərov: Ən pis halda qarşılaşmada heç-heçə olacaq. 

Hikmət Babaoğlu: "Komandamız heç kimin proqnizlaşdırmadığı halda qələbələr qazanaraq adını Azərbaycan futbol tarixinin ən yeni səhifəsinə qızıl hərflərlə yazdırdı. Axşam baş tutacaq oyunu səbirsizliklə gözləyirik. İnanıram ki, "Atletik"ə qarşı oyunda da zəfər qazanacağıq. Lakin bütün hallarda "Qarabağ" qalibdir və adını tarixə qürurla yazdırıb".

Fazil Mustafa: Hər şey meydandakı situasiyadan asılı olacaq. Amma ən azı heç-heçə gözləyirəm. Təbii ki, futbol sürprizlərlə doludur. Qələbə də qazana bilərik. Amma Ağdam klubunun daha praqmantik davranış sərgiləyəcəyini fikirləşirəm"

Arzuxan Əlizadə: "Düşünürəm ki, "köhlən atlar" azı bir xalla Vətənə dönəcək".

Məlik Məlikov