"Monqol əti" buna görə gec bişirmiş, çünki... - SƏBƏB BİLİNDİ
Son vaxtlar qiymətinin nisbətən ucuz olması səbəbindən ölkə bazarlarında yerli ət məhsullarını sıxışdıran "monqol əti" ilə bağlı yeni fakt məlum olub.
SAVASHMEDİA.az-ın araşdırması "monqol əti"nin niyə sərt və bizim ağız dadımız baxımından fərqli xüsusiyyətdə olduğunun səbəblərini üzə çıxarıb.
Xatırladaq ki, "monqol əti" alan şəxslərin hamısı bir qayda olaraq onun gec bişməsindən və fərqli dada malik olmasından şikayətlənib.
Bəs bu ətlər niyə gec bişir, fərqli dadın səbəbi nədir?
Məsələ ondadır ki, Monqolustanda qoyunların əhəmiyyətli hissəsi nisbətən yaşlı olanda kəsilir. Bu isə adıçəkilən ölkədəki ənənəvi maldarlıq sistemindən qaynaqlanır.
Belə ki, Monqolustanda maldarlıq əsasən köçəri üsulla aparılır. Fermerlər sürünü ət üçün deyil, daha çox yun, süd və çoxalma (balalama)üçün saxlayırlar. Buna görə heyvanlar bir neçə il istifadə olunduqdan sonra kəsilir.
Qoyunlar balalama qabiliyyətini itirməyə başladıqda və ya yaşlandıqda artıq təsərrüfata az fayda verir və kəsimə də məhz bundan sonra verilirlər. Aydın məsələdir ki, yaşlı heyvanın əti sərt olur və bu səbəbdən də gec bişir. Bu dad keyfiyyətlərinə də mənfi təsir göstərir və ət sərt və aromasız olur.
Monqol mətbəxində isə ət uzun müddət qaynadıldığı və hissə-hissə bişirildiyi üçün yaşlı ətin sərtliyi problem yaratmır.
Oğuz