Moskva və Kiyevdə sülh masaları: Trampın kürəkəni gəlir - Silahlara "sus" əmri verildi
Ukrayna münaqişəsinin həlli istiqamətində diqqətçəkən diplomatik və hərbi fəalllıq müşahidə olunur.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin sülh təklifi ilə Moskvaya səfər edəcəyini açıqlamasından sonra maraqlı hadisələr yaşanıb.
Öncə bildirək ki, Ağ Evin “YouTube” kanalında yayımlanan çıxışında Tramp müharibəyə son qoymaq üçün konkret planlarının olduğunu bildirib.
Jurnalistlərin nümayəndə heyətinin yeni bir tənzimləmə planı aparıb-aparmadığı ilə bağlı sualını cavablandıran Tramp vurğulayıb:
“Xeyr, onlar müharibəyə son qoymaq üçün birbaşa təklif aparırlar”.
Planlaşdırılan qrafikə əsasən, ABŞ nümayəndələrinin sentyabrın 5-də Moskvaya, sentyabrın 6-da isə Kiyevə səfəri gözlənilir.
Məlumata görə, həm Ukrayna, həm də Rusiya tərəfi ABŞ təmsiolçilərinin bölgədə olduqları müddətdə müvəqqəti atəşkəs rejiminin tətbiqinə razılaşıblar.
Belə ki, Ukrayna Müdafiə Qüvvələrinə sentyabrın 5-i saat 00:00-dan sentyabrın 8-i saat 23:59-dək döyüş xəttində “sükut rejimi”nə riayət etmək tapşırılıb. Analoji olaraq, Rusiya ordusuna da cəbhədə müvəqqəti olaraq atəşi dayandırmaq əmri verilib.
Hər iki tərəfin cəbhədə atəşi dayandırması birbaşa Uitkoff və Kuşnerin Moskva və Kiyevə səfərləri ərəfəsinə təsadüf edir.
Oğuz