Moskvadan Trampın sualtı qayıqları Rusiya sərhədinə göndərməsinə REAKSİYA
"Amerika sualtı qayıqları Rusiyanın nəzarət altındadır və proses diqqətlə izlənilir".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.
Onun sözlərinə görə, dünya okeanlarında Rusiya nüvə sualtı qayıqları ABŞ ilə müqayisədə daha çoxdur və Donald Trampın “müvafiq bölgələrə” yönləndirilməsini əmr etdiyi gəmilər çoxdan nəzarət altındadır.
Xatırladaq ki, Tramp “Truth Social” səhifəsində yazıb ki, o, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarına görə ABŞ sualtı qayıqlarının “müvafiq bölgələrə” yerləşdirilməsinə göstəriş verib. Tramp Medvedevin “son dərəcə təxribatçı bəyanatlar verdiyini” iddia edib.
Səlcuq