"Mourinyo ailəvi dostum idi, göndərmək çətin oldu" - Ali Koç ilk dəfə DANIŞDI

“Fənərbağça”nın prezidenti Ali Koç baş məşqçi Joze Mourinyonun istefaya göndərilməsindən sonra ilk dəfə onun haqqında geniş açıqlama verib.

Sep 12, 2025 - 20:25
"Mourinyo ailəvi dostum idi, göndərmək çətin oldu" - Ali Koç ilk dəfə DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, Ali Koç Mourinyonu göndərmək qərarını verərkən çox çətinlik çəkdiyini bildirib.

“Məsələ maddi məsələlər, yerinə kim gələcək və ya başqaları nə deyəcəklər deyildi. Mourinyo ailəmdən biri idi. Baş məşqçidən artıq idi. Bizim əlaqələrimiz sadəcə futbolla bağlı deyildi. Ailəvi dostluğumuz var idi. “Benfika”ya hər klub məğlub ola bilər. Məni narahat edən məğlub olduğumuz matçdakı oyun tərzimiz idi. Çox ciddi və çətin qərar idi. Tunelin sonunda çempionluq baxımından azca belə olsa, işıq görə bilmədiyim üçün bu qərarı almağa məcbur oldum. Mourinyo bura gələndən sonra səhər 8-dən axşam 8-cən canını dişinə taxaraq çalışıb. Təzə məşqçimiz iki gecə Samandırada qalıb deyə Mourinyonu “oteldə qalırdı” deyərək günahlandırıblar. Mourinyo günlərcə Samandırada qalıb. Onunla iş etikası barədə heç vaxt bir problemimiz olmayıb” – Koç qeyd edib.

Banu