Müdafiə Nazirliyinin polkovniki həbs edildi

Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, polkovnik Şahin Quliyev həbs edilib.

May 21, 2025 - 16:49
Müdafiə Nazirliyinin polkovniki həbs edildi

SAVASHMEDİA.az oxu.az-a istinadla xəbər verir ki, Ş.Quliyev külli miqdarda rüşvət almaqda ittiham edilir.

Sabiq rəis barədə cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib.