Girov götürülmüş din xadiminə görə əməliyyat başladıldı 

İranın cənub-şərqində yerləşən İranşəhr şəhərində silahlı insident baş verib. Naməlum, maskalı şəxslər yerli din xadimini girov götürüblər.

May 21, 2025 - 17:33
Girov götürülmüş din xadiminə görə əməliyyat başladıldı 

SAVASHMEDİA.az xəbər verir ki, hadisə yerinə dərhal təhlükəsizlik qüvvələri cəlb olunub və girovun azad edilməsi, eləcə də cinayətkarların saxlanılması məqsədilə əməliyyat başlayıb.

İranşəhr polisinin komandanlığından verilən rəsmi açıqlamada bildirilib ki, əməliyyat davam edir və hadisə ilə bağlı istintaq başlanıb. Hazırda hüquq-mühafizə orqanları məsələni nəzarətdə saxlayır.