Müsəlman ölkəsində zəlzələ, 250 nəfər öldü

Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudada zəlzələ baş verib.

Sep 1, 2025 - 09:21
Sep 1, 2025 - 09:30
Müsəlman ölkəsində zəlzələ, 250 nəfər öldü

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 50 km şimal-şərqdə qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Nəticədə azı 250 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Bu barədə NBC telekanalı məlumat yayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla bazar ertəsi gecə Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən təxminən 20 km məsafədə 6 maqnitudada baş verib. Zəlzələ ocağı təxminən 8 km dərinlikdə yerləşib.

"Biz genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı zərər çəkmiş ərazilərin sakinlərinə kömək etmək üçün səfərbər etmişik", - ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman deyib.

Onun sözlərinə görə, zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün "insan itkiləri və infrastruktura dəyən ziyanla bağlı dəqiq məlumat almaq vaxt aparacaq". 

Report