Müxalifət həbsxananı ələ keçirdi - Məhbuslar azad edildi + VİDEO
Suriyada silahlı dəstələr Hələb həbsxanasını ələ keçirərək məhbusları azad ediblər.
Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı mübarizə aparan silahlı qruplar Hələb şəhərindəki "Tarek bin Ziyad" həbsxanasına hücum edərək nəzarəti ələ keçiriblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. həbsxanadan aralarında qadınların da olduğu siyasi məhbuslar azad edilib. Hadisə Əsəd rejiminə qarşı artan münaqişə və gərginliyin yeni mərhələyə keçdiyini göstərir.