“Donald Tramp Rusiyanın qalib gəlməsinə imkan verməyəcək” – Boris Conson

“Prezident seçkilərində qalib gələcəyi təqdirdə Donald Tramp Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibədə qalib gəlməsinə imkan verməyəcək”.

Nov 4, 2024 - 20:45
“Donald Tramp Rusiyanın qalib gəlməsinə imkan verməyəcək” – Boris Conson

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Britaniyanın keçmiş baş naziri Boris Conson “CNN”ə müsahibəsində niyə belə hesab etdiyini izah edib. 

Onun sözlərinə görə, hətta Kamala Harris qalib gəlsə belə, Co Baydenin Ukrayna ilə bağlı indiki siyasətinin davam etdirilməsi kifayət deyil.

Böyük Britaniyanın xarici işlər naziri olduğu dövrdə Trampla görüşlərini xatırladan Conson əlavə edib: “Bir çox əsas məsələlərdə – Iran, Suriya, Ukrayna, Rusiya və ya Putin haqqında danışarkən Tramp kifayət qədər ağıllı idi”.

O, bildirib ki, insanların Trampla bağlı dediklərini eşidir. “düzdür, narahat olmadığımı söyləmək də düzgün olmazdı – çox narahatam. Amma Donald Trampın keçmişdə etdiklərinə əsasən, düşünürəm ki, o, möhkəm olacaq”.

Conson hesab edir ki, “Amerikanı yenidən qüdrətli etmək” ambisiyaları ilə hərəkət edən Tramp öz prezidentlik müddətini “əsasən sovet imperiyasının yenidən qüdrətli olmasına imkan vermək”lə başlamaq istəməzdi.

Xatirə SADİQ