"Nankorsan, öləndə gəlməyəcəyəm" - Özcan Dənizdən anasına sərt sözlər 

Məşhur müğənni Özcan Denizlə ailəsi arasındakı qalmaqal gündən-günə daha da böyüyür.

Aug 13, 2025 - 13:57
"Nankorsan, öləndə gəlməyəcəyəm" - Özcan Dənizdən anasına sərt sözlər 

SAVASHMEDİA.az xəbər verir ki, qardaşı Ercan Denizi ona qarşı dələduzluq etməkdə günahlandıran Özcan Deniz anası ilə də bütün əlaqələri bitirdiyini bildirib.

Əvvəlcə müğənninin anası Kadriye Deniz Özcan üçün “Bundan sonra nə bayramda gəl, nə də dəfnimə gəl” deyib. Özcan Denizdən anasının bu sözlərinə sərt reaksiya gecikməyib. 

O, anasını, bacısını və qardaşını nankorluqda ittiham edib və vəsiyyətini açıqlayıb:

“Məndən oğurlanan 40 ilə görə, 40 paylaşım edəcəyəm. Məni övlad və qardaş kimi deyil, hər zaman var-dövlət kimi gördünüz. Əməyini girov qoya biləcəyiniz kölə olaraq gördünüz. Əziz anam, bu günə qədər etdiyiniz bütün pisliklərə sinə gərdim, amma artıq yolumuz ayrılır. Mən səni, Yurdanı (bacısı Yurda Güler)  və o baş xaini (qardaşı Ercan Deniz) ürəyimdə basdırıb, üstünüzə torpaq atmışam və yasımı da tutmuşam. Artıq nə sizin kimi nankorlar üçün göz yaşım axacaq, nə də övladımın haqqı olan bir quruş. 40 il bəsdir! Öləndə də yanınızda olmayacağam. Narahat olmayın, xərcləri qarşılayaram. Sizdən öncə mən ölsəm, siz də gəlməyin. Gəlsəniz, daş-qalaq ediləcəksiniz. Sizə tövsiyəm və vəsiyyətimdir! Gəlməyin! Məndən və ailəmdən uzaq durun! Yolunuz və bəxtiniz açıq olsun!”

Banu