"Narahat olma, yardım davam edəcək" - Bayden Zelenskiyə zəng etdi
ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə danışıb.
Onun sözlərinə görə, Bayden telefon danışığında ABŞ-nin Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib:
“Prezident bir neçə dəqiqə əvvəl Zelenski ilə telefonla danışıb. Bayden bir daha son üç il ərzində ABŞ tərəfindən Ukraynaya göstərilən dəstəyin davam etdiriləcəyini qeyd edib”.
Karinenin sözlərinə görə, Bayden Zelenskiyə gedə bilmədiyi Romada baş tutmalı olan görüşə görə zəng edib. İtaliyaya səfərin təxirə salınmasına səbəb Los-Ancelesi bürüyən yanğınlar olub.