“Nazirimlə kobud davranıblar, Zelenski isə guya yatıbmış...” - Tramp niyə küsdüyünü açıqladı
Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin ona müqaviləni gətirən ABŞ maliyyə naziri Skott Bessentlə “kobud” davranmasından şikayətlənib.
SAVASHMEDİA.az CNN-ə istinadən xəbər verir ki, Tramp bunu Ukrayna ilə nadir torpaq sövdələşməsindən danışarkən edib.
“Scott Bessent ora getdi və onunla olduqca kobud rəftar edildi. Çünki ona mahiyyət etibarilə “yox” dedilər. Zelenski isə yatmışdı və onunla görüşə bilmədi. O, saatlarla qatarda getdi, bu təhlükəli səyahətdir və biz maliyyə nazirindən danışırıq. O, sənədi imzalamaq üçün ora getdi və oraya çatanda əliboş döndü. Onlar sənədi imzalamadılar”, - deyə Tramp iddia edir.
Qeyd edək ki, sosial şəbəkələrdə Zelenskinin şəxsən ABŞ maliyyə nazirini qəbul etdiyi görüntüləri yayılmışdı.
Görünür, 4 faizlik reytinq məsələsi Trampa dərs olmayıb.
Bu arada “Reuters” xəbər verib ki, Tramp nadir torpaq mineralları üçün Ukraynaya yeni şərtlər təklif etməyə hazırdır.
Trampın Ukrayna və Rusiya Federasiyası üzrə xüsusi nümayəndəsi Kit Kelloqun yenidən işlənmiş sazişin parametrlərini müzakirə etmək üçün Kiyevdə olduğuna diqqət cəlb edilib.
“Reuters” iddia edib ki, ABŞ məmurlarının sazişin bağlanmasına nail olmağı davam etdirib-etdirməyəcəkləri ilə bağlı sualı anonimlik şərti ilə cavablandıran Trampın müşavirlərindən biri Zelenski haqqında belə deyib: “Sözsüz, bu oğlanı reallığa qaytarmalıyıq”.
Xatirə SADİQ