“Nə qədər gec deyil…” - Rusiyalı səfir həmvətənlərinə İsraili tərk etməyə çağırdı 

İsraildə olan ruslara kommersiya reysləri ilə ölkəni müvəqqəti tərk etmək tövsiyə edilib.

Oct 3, 2024 - 15:15
“Nə qədər gec deyil…” - Rusiyalı səfir həmvətənlərinə İsraili tərk etməyə çağırdı 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu tövsiyəni Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov səsləndirib. 

Səfir qeyd edib ki, Yaxın Şərq ölkələrinə səfərdən çəkinmək tövsiyəsi aktual olaraq qalır.

“Hətta indi İsrail ərazisində olan vətəndaşlara təklif edirik ki, hələ ki imkanlar mövcud olduğu halda bu ərazini tərk etmək barədə düşünsünlər”, - deyə rusiyalı diplomat “TASS”a müsahibəsində bildirib.

O, bildirib ki,  hazırda bir neçə aviaşirkət İsraildən Rusiyaya müntəzəm uçuşlar həyata keçirir.

Xatirə SADİQ