Netanyahu israillilərə xəbərdarlıq etdi - “İndiyədək olmadığı qədər…”
İsrailin baş naziri Binyamin Netanyahu israillilərə indiyədək olmadığı qədər sığınacaqlarda daha çox vaxt keçirməli olacaqları barədə xəbərdarlıq edib.
SAVASHMEDİA.az bu barədə “The Times of İsrael” nəşrinə istinadən xəbər verir.
Netanyahu bildirib ki, İrana bir gecədə vurulan zərbə “çox uğurlu” olub.
“Biz ali komandanlığa zərbə endirdik, nüvə silahını hazırlayan aparıcı alimləri vurduq, nüvə qurğularını vurduq. Biz uğurlar əldə edirik, amma mən bilirəm və siz də bilirsiniz ki, asan müharibələr yoxdur”, - deyə Netanyahu vurğulayıb.
Xatirə SADİQ