Nigar Fərhad efirə qayıdacaq - Kanaldan AÇIQLAMA
“Sözün bitdiyi an" verilişinin aparıcısı Nigar Fərhadın fikirlərini düzgün ifadə etmədiyi üçün son günlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub və "Kanal S" verilişin yayımını dayandırıb.
SAVASHMEDİA.az məsələ ilə bağlı Kanal S-in rəsmi açıqlamasını təqdim edir:
"Efirimizdə yayımlanan "Sözün bitdiyi an" verilişinin aparıcısı Nigar Fərhad tərəfindən səslənən fikrin Azərbaycan Respublikasının Media haqqında qanununun 14.1.4-cü maddəsinin tələblərini pozması tərəfimizdən böyük təəssüf hissi doğurur. Aparıcı ilə izahedici söhbətlərin aparılması, bu cür halların gələcəkdə təkrarlanmaması üçün verilişin yayımının müvəqqəti dayandırılması qərarı alınıb".