Qurbanlıq heyvanların ən azı neçə yaşı olmalıdır? - Fətva

"Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır".

May 22, 2025 - 11:59
Qurbanlıq heyvanların ən azı neçə yaşı olmalıdır? - Fətva

SAVASHMEDİA.az xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanlar İdarəsinin Qurban bayramı ilə bağlı fətvasında əksini tapıb.

Qeyd olunub ki, xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır:

"Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı ən azı bir il, öküz və inək iki il, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur".