CHP-li xanımın fotosunu “WhatsApp” qrupuna atdı - "Bunu sənə alacağam" + FOTO

Türkiyənin İYİ partiyası Bursadan millət vəkili olan üzvü Hasan Toktaşa qarşı araşdırma başladıb.

May 22, 2025 - 12:08
CHP-li xanımın fotosunu “WhatsApp” qrupuna atdı - "Bunu sənə alacağam" + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Toktaşın partiyanın “WhatsApp”dakı başqanlar qrupunda yazdığı mesaj olub. 

Belə ki, Hasan Toktaş CHP-nin Osmaniyə millət vəkili Asu Kayanın şəklini qrupa ataraq “Sənə bunu alacam, kral” yazıb. 

Yayılan ekran görüntüsündən sonra Hasan Toktaş sosial şəbəkə hesabından açıqlama verərək elə bir mesaj yazmadığı, mesajın qaranlıq əllər tərəfindən yazıldığını və özünə qarşı tələ qurulduğunu bildirib.

İYİ partiyanın sədri Müsavat Dərvişoğlu Toktaşın açıqlamasının mötəbər olduğunu, lakin araşdırmanın davam edəcəyini bildirib. 

Haqqında qeyri-etik şəkildə bəhs edilən Asu Kaya isə həmin mesajla bağlı verdiyi açıqlamasında araşdırmanın nəticələrini gözləyəcəyini bildirib: “İnşaallah doğru olmaz. Mən Çukurova qadınıyam. Kəndli bir ailənin qızıyam. Lazımı cavablar veriləcək. Partiyanın araşdırma nəticəsini gözləyirik. Nəticəyə uyğun olaraq məhkəməyə müraciət edəcəyik”.

Banu