Allahşükür Paşazadə onu özünə müavin təyin etdi - FOTO

Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib.

May 22, 2025 - 12:18
Allahşükür Paşazadə onu özünə müavin təyin etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib.

Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub. A.Paşazadə bildirib ki, bu təyinat QMİ-də daha bir müavinə ehtiyac olduğuna görə həyata keçirilib.

Qeyd edək ki, C.Rüstəmov həm də Nərimanov rayonu Cümə məscidinin imamıdır.

Fotoda Ceyhun Rüstəmov