“Aşkı-memnu”nun çəkildiyi ev satılır – Fantastik məbləğ + Foto
Bir vaxtlar reytinq rekordları qıran “Aşkı-memnu” serialının çəkildiyi məkanlardan biri fantastik məbləğə satılır.
SAVASHMEDİA.az xəbər verir ki, serialın çəkildiyi, filmdə Arsen xanımın bağ evi olaraq da adlandırılan məkan 135 milyon lirəyə satışa çıxarılıb. Birmərtəbəli bağ evinin sahəsi 1800 kvadratmetrdir,23 otağı, hamamı,saunası və hovuzu var.
Mülkün sahibi elanda bildirib ki, bağ evi ilə yanaşı fermanı da sata bilər, lakin bu zaman qiymət 195 milyon lirə olacaq.
Qeyd edək ki, ferma və bağ evi 1989-cu ildə tikilib.2005-ci ilə qədər ferma kimi fəaliyyət göstərib. Serialın çəkildiyi vaxtdan sonra isə hotel kimi işlədilib.
Xatırladaq ki, Azərbaycanda da sevilərək izlənilən “Aşkı-memnu” serialı 2008-2010-cu illərdə Kanal D-də yayımlanıb.
Banu