Novruz şirniyyatları neçə kaloridir?
Qarşıdan xalqımızın çox sevdiyi bayram – Novruz bayramı gəlir. Novruzu həm yazın gəlişini müjdələdiyi, həm də dadlı şirniyyatları üçün sevirik.
Bu bayramda hətta ən qatı pəhriz tərəfdarları da ağız dadına müstəqillik verir.
Novruz şirniyyatları olaraq da adlandırdığımız Şəkərbura, Paxlava, Qoğal isə kalori bombasıdır desək, yanılmarıq.
SAVASHMEDİA.az Novruzun bayramının yaxınlaşmasını da nəzərə alaraq Qoğal, Şəkərbura və Paxlavanın kalorisini oxucuları üçün araşdırıb.
Qoğal – Günəşin simvolu olan bu şirniyyatın 100 qramında 360 kalori var.
Şəkərbura – Ayla eyniləşdirilir. Seçiminiz şəkərburadırsa, 100 qramına görə 335 kalori qəbul etmiş olacaqsınız.
Paxlava – Ulduzun simvolu hesab edilən bu şirniyyatın 100 qramı 415 kaloridir.
Beləliklə, əgər siz 1 Qoğal+ 1 Şəkərbura + 1 Paxlava yesəniz, 1110 kalori qəbul etmiş olacaqsınız.
Qeyd edək ki, Britaniya Milli Sağlamlıq Xidmətinin məsləhətlərinə əsasən, kişilər gün ərzində 2500, qadınlar isə 2000 kilokalorilik qida qəbul etməlidilər. Təbii ki, arıqlamaq istəyənlər bu kaloriyə çatmamalıdırlar.
Banu