"Nümayiş etdirmək” feli İlin sözü oldu – Kembric lüğəti
Kembric lüğəti son illərdə “uğura proqramlaşdırmaq” mənasında geniş şəkildə istifadə olunan “nümayiş etdirmək” (to manifest) felini “İlin sözü” adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Kembric Lüğətinə sözün yeni mənası 2023-cü ilin may ayında əlavə edilib. 2024-cü ildə bu sözə, demək olar ki, 130 min dəfə baxılıb.
Kembric Lüğətinin qısa siyahısına “nümayiş etdirmək” felindən başqa, “dayanıqlılıq”, “ekotar” və digər sözlər daxildir.
Xatirə SADİQ