"O planın Trampa məxsusluğuna inanmırıq" - Kremldən ABŞ nəşrinin yazdıqlarına CAVAB

“Tramp komandasının Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaq planını müzakirə etdiyinə dair “The Wall Street Journal”ın məqaləsi mücərrəd xarakter daşıyır”. 

Nov 7, 2024 - 15:30
Nov 7, 2024 - 15:30
"O planın Trampa məxsusluğuna inanmırıq" - Kremldən ABŞ nəşrinin yazdıqlarına CAVAB

SAVASHMEDİA.az “TASS”a istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu, “The Wall Street Journal”ın Ukrayna ilə bağlı öz planına bənzəyir. 

Xatırladaq ki, nəşrin yazdığına görə, Trampın müşavirləri müharibəyə son qoyulması üçün Ukraynanın NATO-ya üzvlüyünün 20 il müddətinə dayandırılması,  cəbhə xəttinin dondurulması və uzunluğu 800 mil (təxminən 1,3 min km) olan silahsızlaşdırılmış zonanın yaradılması təkliflərindən ibarət plan hazırlayırlar. 

Xatirə SADİQ