"Axı Trampın özü demişdi ki, Putinə zəng edəcək..." - Peskovdan "o, söz vermişdi" AÇIQLAMASI
“Andiçmə mərasimindən öncə Rusiya prezidenti Vladimir Putinin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla söhbətinin mümkünlüyü istisna edilmir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “İnterfaks”a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, istisna deyil. Axı o, inauqurasiyadan əvvəl Putinə zəng edəcəyini deyirdi. Onun bu barədə sözləri var”, - deyə Peskov belə ünsiyyətin istisna olub-olmaması ilə bağlı suala cavabında bildirib.
Sözçü nəzərə çatdırıb ki, hələlik Rusiya prezident administrasiyasından və ya Xarici İşlər Nazirliyindən heç kim Trampın qərargahı ilə əlaqə saxlamayıb.
Peskov onu da deyib ki, Putin öz postunu tərk etməyə hazırlaşan Co Baydenlə ünsiyyət qurmağı planlaşdırmır: “Hər görüşün arxasında ekspertlər səviyyəsində çoxlu iş dayanır. Hələ belə bir iş yoxdur. Biz Bayden administrasiyası ilə işləmirik. Texniki ünsiyyət üçün bəzi cüzi kanallar var, onlar substantiv xarakter daşımır”.
Xatirə SADİQ