Ölmüş adam tabutda hərəkət etməyə başladı - Yas mərasimindən VİDEO
Perunun Olmos şəhərində yerli sakinləri sarsıdan və bütün dünyanın diqqətini çəkən inanılmaz bir hadisə baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, dəfn mərasimi zamanı ölmüş hesab edilən kişi gözlənilmədən tabutda hərəkət etməyə başlayıb.
Bu barədə "Mirror" nəşri xəbər yayıb.
Bildirilib ki, mərhumun qohumları və yaxınları onun dəfni üçün toplaşıblar. Lakin gözlənilmədən tabutdan hərəkət səsləri eşidilib və tərpəniş hiss olunub.
"Allaha şükür! Bu adam sağdır!", - deyə mərasim iştirakçılarından biri qışqırıb.
Hadisədən dərhal sonra kişi tabutdan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, onu uzun reabilitasiya prosesi gözləyir.
Mütəxəssislər bu halın katalepsiya ilə bağlı ola biləcəyini düşünürlər. Bu sindrom zamanı insan bədənində müvəqqəti hərəkətsizlik, nəbzin zəifləməsi və tənəffüsün demək olar ki, dayanması müşahidə edilir. Katalepsiya epilepsiya və ya Parkinson xəstəliyi ilə əlaqəli nevroloji pozğunluqlar nəticəsində baş verə bilər.