Trampın şəxsi telefon nömrəsi pul qarşılığında sızdırıldı - Zənglər dayanmır
ABŞ Prezidenti Donald Trampın mobil telefon nömrəsi sızdırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məlumata görə, mediaya açıqlama verən iki administrasiya rəsmisi bildirib ki, Ağ Evə Donald Trampın şəxsi nömrəsinin pul qarşılığında nüfuzlu dairələrə verilməsi barədə məlumat daxil olub.
“Bu, həqiqətən, dəlilikdir. Hətta bəzi baş icraçı direktorların (CEO-ların) nömrə üçün pul, kriptovalyuta investorlarının kriptovalyuta təklif etdiyini eşitmişəm" – rəsmilərdən biri qeyd edib.
Mətbuatın yazdığına görə, Trampın şəxsi nömrəsini əldə etmək istəyənlər arasında jurnalistər də var. Onlar ABŞ prezidentinin nömrəsini əldə etmək müqabilində qarşı tərəfə bəzi dünya siyasətçilərinin və tanınmış şəxslərin əlaqə nömrələrini təklif ediblər.
Bildirilib ki, nömrənin müxtəlif ödənişlər qarşılığında sızdırılmasından sonra Donald Trampa gələn zənglərin sayı hədsiz artıb. Köməkçilər artan zəng axınının öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Mətbuatın Ağ Evdən olan mənbəsinin dediklərinə görə, investorların, CEO-ların və jurnalistlərin zənglərinin ardı-arası kəsilmir. Telefon davamlı məşğul edilir”.
Mətbuat yazır ki, bəzi Ağ Ev rəsmiləri prezidentə telefonla dezinformasiya ötürülməsi və ya rəsmi siyasətə zidd olan açıqlamaların verilməsi ehtimalından olduqca narahatdırlar. Lakin buna baxmayaraq, hələ də Trampın telefon danışıqlarını məhdudlaşdırmaq üçün addım atılmayıb.
Banu