“Ölürdüm, mühafizəçilərim gecələr nəbzimi yoxlayırdı” – Castin Biber

Tanınmış kanadalı müğənni Castin Biber artıq qurtulduğu pis vərdişdən – narkotik asılılığından danışıb. 

Oct 7, 2024 - 12:45
“Ölürdüm, mühafizəçilərim gecələr nəbzimi yoxlayırdı” – Castin Biber

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Standard” nəşri yazıb.

30 yaşlı müğənni etiraf edib ki, əvvəllər narkotiklə bağlı ciddi problemləri olub. Üstəlik, bəzən qeyri-qanuni maddələrdən sui-istifadə etməsi fəlakətli anlarla sonuclanırdı. Ona görə də şəxsi mühafizə xidməti hər axşam Biberin sağ olub-olmadığını yoxlayırmış.

“Hiss edirdim ki, ölürəm. Mühafizəçilərim gecələr gəlib nəbzimi yoxlayırdı. İnsanlar anlamırlar ki, hər şey necə pis idi, bu, həqiqətən dəhşətlidir”. 

O, narkotik asılılığı olan günlərinin necə başladığını xatırladıb. Castin oyanan kimi həb qəbul edir, sonra isə nəşə çəkirmiş. Lakin sonradan gənc özü başa düşüb ki, şəxsi həyatını dəyişməlidir. 

“Sadəcə, getdikcə qorxunc olurdu. Mən bir dəfə dedim: “Əgər Allah mövcuddursa, mən bunu dəf edəcəyəm. İlahi, mənə bunu dəf etdir, qalan hər şeyi özüm edərəm. Və mən bunu etdim”, - deyə müğənni əlavə edib. 
Qeyd edək ki, Castin hələ uşaq ikən məşhurlaşıb. Bu, o zaman bir musiqi menecerinin “YouTube”-da onun videolarından birinə rast gəlməsindən və Castinlə əməkdaşlıq etməsindən sonra baş verib. Bir müddət sonra yeniyetmə “Island Records” səsyazma şirkəti ilə müqavilə imzaladı. Biberin ilk sinqlı olan “One Time” 2009-cu ildə çıxdı və dərhal Kanadanın ilk 10-luğuna daxil oldu.

Bu yaxınlarda isə Castin ata olub, onun Cek Blyuz Biber adlı oğlu dünyaya gəlib. 

Xatirə SADİQ