“Ona başa salacaqlar ki, Mədətovlar kimdir” – Mahir Emrelinin atası + Video
Azərbaycan millisinin və “Nürnberq”in futbolçu Mahir Emrelinin atası, prodüser Anar Mədətov veteran futbolçu Ceyhun Sultanovla bağlı sərt açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb veteran futbolçunun Mahir Emreli ilə bağlı dedikləri olub.
Anar Mədətov bildirib ki, Ceyhun Sultanova Mədətovların kimi olduğu başa salacaqlar:
“Yaxın günlərdə mənə bir link göndərdilər. Ceyhun Sultanov adlı futbolçu oğlum haqqında ağzına nə gəldi danışır. Deyir ki, Mahir yuxarı təbəqədə futbolçu ola bilməz. Haqqında informasiya topladım. “Neftçi”də oynayıb, “Bakı”da oynayıb indi gəlib bizim kökümüz olan “Araz Naxçıvan”da idman rəhbəri olub. Naxçıvan qovurması yeyəndən sonra onu başa salarlar ki, Mədətovlar kimlərdir”.
Qeyd edək ki, Ceyhun Sultanov ötən ay "Araz-Naxçıvan"ın idman direktoru təyin olunub.
Banu
Посмотреть эту публикацию в Instagram