“Öncə Tramp, sonra Zelenski” – ABŞ vitse-prezidenti
“ABŞ prezidenti Donald Trampla danışıqlarından əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü məhsuldar olmayacaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Fox News-a müsahibəsində ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.
Vensin sözlərinə görə, məhz Tramp vasitəçi olmalı, Zelenski ilə Putini bir araya gətirməli və fikir ayrılıqlarını həll etməlidir.
“Biz, əlbəttə, işğalı pisləyirik. Bunun belə vəziyyətə gəlib çıxması xoşumuza gəlmir. Amma sizə sülhü bərqərar etmək lazımdır. Və sülhü əldə etməyin yeganə yolu oturub danışmaqdır. Sadəcə barmaqla göstərib, “Siz haqlı deyilsiniz, biz haqlıyıq” demək olmaz. Sülhə yol – oturub insanları danışmağa məcbur edən qətiyyətli liderə malik olmaqdır”, - deyə ABŞ vitse-prezidenti vurğulayıb.
NBC News xəbər verir ki, Ağ Ev Ukrayna prezidentini Alyaskaya dəvət etməyi düşünür, lakin CNN-in məlumatına görə, Zelenski ilə hər hansı görüşün yalnız Tramp və Putin arasında danışıqlardan sonra mümkün olacağı ehtimal edilir.
Xatirə SADİQ