“Orban Putinin nazı ilə oynayır, belə olmaz” – Avropa Komissiyasının sədri
Avropa Komissiyasının (AK) sədri Ursula von der Lyayen Macarıstanın baş naziri Viktor Orbanı sərt tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Politico” nəşri yazıb.
Avropa Parlamntinin iclasında çıxış edərkən AK sədri bildirib ki, Orban Rusiya prezidenti Vladimir Putinin nazı ilə oynayır, Moskva və Pekin tərəfindən xarici müdaxilələrə yol verir və macar xalqını pis vəziyyətdə qoyur.
“Bu müharibənin (Ukraynadakı müharibə - red) günahını işğalçının deyil, əsirlərin üzərinə qoyanlar hələ də var” deyən AK sədri ritorik suallarla Orbana müraciət edib:
“Siz nə vaxtsa 1956-cı ildə sovet təcavüzünə görə macarları günahlandırardınızmı? Yaxud, 1968-ci ildəki sovet repressiyalarında çexləri və slovakları? Yoxsa 1991-ci ildəki sovet repressiyalarında litovları? Biz bir ailəyik. Sizin tarix bizim tariximizdir. Sizin gələcəyiniz bizim gələcəyimizdir. 10 milyon macar gələcəyimizi birlikdə qurmağa davam etmək üçün 10 milyon yaxşı səbəbdir”, - deyə AK rəhbəri çıxışını yekunlaşdırıb.
Fon der Lyayenin çıxışı Avropayönlü siyasi qruplar tərəfindən alqışlarla qarşılanıb.
Xatirə SADİQ