“Ortada anlaşma var, türk millətindən gizlədilir” - Tanju Özcan

Terror təşkilatı PKK-nın özünü buraxdığını elan etməsinin ardından Bolu Bələdiyyə başqanı Tanju Özcan açıqlama ilə çıxış edib. 

May 12, 2025 - 16:49
“Ortada anlaşma var, türk millətindən gizlədilir” - Tanju Özcan

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Trükiyənin “Sözçü” nəşri yazıb. 

Sosial media hesabında paylaşım edən Özcan əvvəlki həll prosesinə toxunaraq, “Anlaşma var və bu, türk millətindən gizlədilir” iddiasını irəli sürüb.

O, PKK-nın keçmişdə də oxşar qərarlar verdiyini xatırladıb və bu sözləri qeyd edib:

“Əvvəllər qondarma PKK terror təşkilatı silahı yerə qoymaq, özünü buraxmaq kimi qərarlar vermişdi. İraqda, İranda, daha da önəmlisi Suriyadakı qolları aktivdir. Uşaqmı aldadırsınız? Ortada bir anlaşma var, Türk millətindən gizlədilir! Buyurun, cəsarətiniz varsa, açıqlayın!”, - deyə bələdiyyə başqanı meydan oxuyub.

Xatirə SADIQ