Paşinyan Trampın təklifini qəbul etdi
ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı Qəzza ilə bağlı yaradılması planlaşdırılan “Sülh Şurası”na dəvət edib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu N.Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan deyib.
Onun sözlərinə görə, Ermənistanın hökumət başçısı bu quruma həmtəsisçi qismində iştirak təklif olunub. N.Paşinyan D.Trampın dəvətini qəbul edib.
Bildirilib ki, sözügedən təşəbbüs Qəzza ətrafında yaranmış humanitar və siyasi böhranın beynəlxalq səviyyədə müzakirəsi və sülh səylərinin əlaqələndirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, “Sülh Şurası”nın tərkibi və fəaliyyət mexanizmləri ilə bağlı detallı məlumat hələlik açıqlanmayıb.