Paşinyanı öldürmək istəyən Mger Mirzoyan kimdir? - Sui-qəsd planının ŞOK detalları

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlığı ilə bağlı araşdırma çərçivəsində Mger Mirzoyan həbs edilib.

Jun 2, 2026 - 00:06
Jun 2, 2026 - 00:14
Paşinyanı öldürmək istəyən Mger Mirzoyan kimdir? - Sui-qəsd planının ŞOK detalları

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, ilkin istintaq zamanı Paşinyanın qətlini planlaşdırmaqda şübhəli bilinən şəxslərdən birinin kimliyi müəyyənləşdirilib. İstintaqın versiyasına görə, hazırda xaricdə yaşayan Mirzoyan azı dörd nəfərlə birlikdə baş naziri siyasi fəaliyyətinə görə qətlə yetirmək məqsədilə plan hazırlayıb.

Məlumata əsasən, qrup üzvləri cinayətin törədilməsi üçün hazırlıq işləri aparıb, həmçinin Paşinyana qarşı hədələrin yer aldığı videoçarx çəkərək internetdə yayıblar. Onların seçkiqabağı təşviqat prosesinə mane olmaqda da şübhəli bilindiyi qeyd olunur.

Mirzoyana qarşı müvafiq maddələrlə ittiham irəli sürülüb. Cinayət işi üzrə digər şübhəlilərin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Oğuz