Pəhləvinin qızı Trampın paylaşımına niyə elə yazdı? - "Bu, əsl həyasızlıqdır" + FOTO 

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin nəvəsi, hakimiyyətə iddialı Rza Pəhləvinin qızı Nur Pəhləvinin sosial şəbəkədə yazdığı rəy vətənində etirazla qarşılanıb.

Mar 2, 2026 - 23:48
Mar 3, 2026 - 12:29
Pəhləvinin qızı Trampın paylaşımına niyə elə yazdı? - "Bu, əsl həyasızlıqdır" + FOTO 

SAVASHMEDİA.az xəbər verir ki, Rza Pəhləvinin qızı Nur ABŞ Prezidenti Donald Trampa İranı vurduğuna görə təşəkkür edib. 

Belə ki, o Trampın rəsmi X hesabında İranın ali dini lideri Əli Xameneinin öldürülməsi ilə bağlı paylaşdığı məlumatın şərh yerinə “Çox sağ ol!” (“Thank you!”) yazıb.

Nur Pəhləvinin bu şərhi İran mediasında sərt tənqid olunub:

"Bu, devrilmiş İran şahının nəvəsinin əsl həyasızlığıdır".

Səlcuq