Ürəyi 45 dəqiqə dayandı, ayılanda ilk sözü "onu gördüm” oldu - DETALLAR
Amerikalı Mayk Makkinsi əməliyyat zamanı ürəyinin təxminən 45 dəqiqə dayandığını və həmin vaxt qeyri-adi təcrübə yaşadığını bildirib.
SAVASHMEDIA.az xəbər verir ki, Makkinsi appendisit səbəbilə təcili əməliyyata alınıb.
Əməliyyat zamanı Makkinsinin ürəyi dayanıb və həkimlər uzun müddət onu həyata qaytarmağa çalışıblar.
Makkinsi həmin vaxt İsa Məsihi gördüyünü iddia edib. O, İsanın əlindən tutaraq yaşıl otlarla örtülü təpəyə getdiyini, daha sonra isə parlaq işıq və böyük bir şəhər gördüyünü danışıb.
Amerikalı bildirib ki, bir müddət sonra reanimasiya şöbəsində ayılıb.
Mütəxəssislər isə bu cür ölümə yaxın təcrübələrin oksigen çatışmazlığı və beynin ağır stress zamanı yaratdığı vizual təsvirlərlə bağlı ola biləcəyini qeyd edirlər.
Aytən