ChatGPT istifadəçiləri üçün YENİ QAYDALAR - Bunlar dəyişəcək
Süni intellekt platformaları ilə bağlı yeni tənzimləmə qaydalarının tətbiqinə başlanılacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu, ChatGPT kimi platformalarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, riskli məzmunun daha ciddi yoxlanılmasını nəzərdə tutur.
Dəyişikliklər istifadəçi təhlükəsizliyinin artırılması, şəxsi məlumatların qorunması və süni intellektlə yaradılan məzmunun şəffaf təqdimatını hədəfləyir.
Yeni qaydalara əsasən:
- süni intellekt vasitəsilə hazırlanan bəzi məzmunlar xüsusi şəkildə işarələnəcək;
- şəxsi məlumatların emalı ilə bağlı daha sərt tələblər tətbiq olunacaq;
- deepfake görüntü və videoların yayılmasına qarşı nəzarət gücləndiriləcək;
- müəllif hüquqlarını pozan məzmunların aşkarlanması və silinməsi mexanizmləri genişləndiriləcək.
Bu dəyişikliklər adi istifadəçilərin platformalardan istifadəsini məhdudlaşdırmaq məqsədi daşımır. Əsas məqsəd süni intellekt texnologiyalarının daha təhlükəsiz, şəffaf və məsuliyyətli şəkildə istifadəsini təmin etməkdir.
Oğuz