Pentaqon Ukraynaya hava hücumundan müdafiə təchizatını ləngidir
ABŞ Müdafiə Nazirliyi hərbi yardımın göstərilməsi qaydasını nəzərdən keçirdikdən sonra Ukrayna hava hücumundan müdafiə silahlarının çatışmazlığı ilə üzləşib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Qərb və Ukrayna məmurları “The Financial Times” (FT) nəşrinə bildiriblər.
Onların sözlərinə görə, son aylarda raketdən müdafiə sistemləri üçün döyüş sursatlarının tədarükü nizamsız, gecikmiş və daha az miqdarda olub.
Maraqlıdır ki, Pentaqonun bu addımı Rusiya ordusunun Ukrayna şəhərlərinə getdikcə daha güclü zərbələr endirməsi fonunda baş verməkdədir. Ruslar qış ərəfəsində enerji obyektlərini fəal şəkildə bombardman etməyə başlarıblar. Bazar günü “İsgəndər” raketi Kiyevin mərkəzindəki hökumət binaları kompleksini vurub.
Məmurların və analitiklərin fikrincə, raket və dron hücumları indiki templə davam etsə belə, onun güclənməsindən hələ söhbət getmir, Ukrayna hava hücumundan müdafiə bölmələrinin onları dəf etmək üçün vasitələri çatışmayacaq.
“Sursatımız bitən halda, bu, yalnız vaxt məsələsidir”, - deyə ABŞ-nin hava hücumundan müdafiə vasitələri ilə tanış olan şəxs FT-yə bildirib.
Pentaqon iyun ayında hava hücumundan müdafiə sistemlərinin auditini aparmaq qərarına gəlib və onların Ukraynaya çatdırılmasını dayandırıb. Hərçənd sonra onlar bərpa olunsa da, bu, nizamsız və gözləniləndən daha az miqdarda Ukraynaya çatdırılır.
Avropa ölkələri ABŞ-dən Ukrayna üçün sursat və hava hücumundan müdafiə sistemləri almağa və özlərininkini təmin etməyə başlayıblar, lakin bu təchizat qismən gəlməyə başlayıb.
Vaşinqton tədarükün lazımi sürətlə aparıldığını iddia edir və günahı Avropanın üzərinə atmağa çalışır.
Xatirə SADİQ