Pilotlarımızın və Hökumənin həlak olduğu yerdən – Yeni video

AZAL-a məxsus "Embraer 190" təyyarəsinin qəzaya düşdüyü Tüpkaraqan rayonunda xatirə meydançası hazırlanıb.

May 24, 2025 - 13:48
Pilotlarımızın və Hökumənin həlak olduğu yerdən – Yeni video

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Yayılan görüntülərdə təyyarəmizin qəzaya düşdüyü ərazinin dəmir barmaqlıqlarla hasarlandığı,güllər əkildiyi və ətrafına oturacaqların qoyulduğu görünür.

Tüpkaraqan Rayon İcra Hakimiyyətindən verilən məlumatda isə bildirilib ki, bu yerli əhalinin təşəbbüsüdür. Meydançanın yaradılmasında əsas məqsəd isə insanların həlak olanların əziz xatirəsini yad etmək üçün gəlməsidir.

Xatırladaq ki, Azərbaycan Hava yollarına (AZAL) məxsus “Embraer-190” təyyarəsi 2024-cü il dekabr ayının 25-də  Bakı-Qroznı marşrutu üzrə uçuşunu həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığındakı Tüpkaraqan rayonunda qəzaya düşüb. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. 38 nəfər həyatını itirib. Ekipaj üzvlərindən pilot İqor Kşnyakin, köməkçi pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva həlak olublar. Onlara Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от 112 - Ақтау - Актау (@112_aktau)