Polad Bülbüloğlu ailə qurduğu deyilən xanıma ev hədiyyə edib? - ŞOK İDDİA

Jurnalist, Rəşid Behbudovun kürəkəni Kamil Şahverdi Polad Bülbüloğlunun mədəniyyət naziri olduğu dövrdə Bakı Xoreoqrafiya Məktəbinin teatr binasının sökülməsi ilə bağlı iddialar səsləndirib.

Sep 1, 2026 - 12:26
Polad Bülbüloğlu ailə qurduğu deyilən xanıma ev hədiyyə edib? - ŞOK İDDİA

SAVASHMEDİA.az xatırladır ki, 1985-ci ildə istifadəyə verilən Bakı Xoreoqrafiya Məktəbinin kompleksinə şagirdlərin səhnə təcrübəsi qazanması üçün xüsusi teatr binası da daxil olub.

Kamil Şahverdinn sözlərinə görə, Polad Bülbüloğlunun mədəniyyət naziri olduğu 1988–2006-cı illərdə teatrın yerləşdiyi ərazi satılıb.

Jurnalistin iddiasına görə, 2004-cü ildə teatrın yerləşdiyi ərazi “Standart” şirkətlər qrupunun sahibi Heydər Babayevə satılıb və teatr binası sökülərək yerində 22 mərtəbəli bina inşa edilib.

O, həmçinin bildirir ki, həmin dövrdə Bakı Xoreoqrafiya Məktəbinin direktoru vəzifəsində çalışan bir neçə şəxs ərazinin satışı ilə bağlı sənədləri imzalamaqdan imtina etdiklərinə görə vəzifədən uzaqlaşdırılıb.

Kamil Şahverdi yazısında Polad Bülbüloğlu ilə ailə həyatı qurduğu deyilən Bakı Xoreoqrafiya Akademiyasının dosenti Eteri Leonidovna Cəfərova mövzusuna da toxunub.

“Eteri Leonidovna teatrın yerində tikilən binada yaşayır. Deyilənə görə bu mənzili ona Polad Bülbüloğlu hədiyyə edib”, - deyə jurnalist qeyd edib.

Oğuz